Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 4-cü turda qara fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Oyun 41-ci gedişdə heç-heçə ilə başa çatıb.
 
Rəcəbov daha öncə Fransa təmsilçisi Alireza Firuzca və FİDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə də sülhə razılaşmışdı. O, 2-ci turda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzmuşdu.
 
Teymur hazırda 1,5 xalla Firuzcayla birgə 6-7-ci yerləri bölüşdürür.
 
İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest