22 İyun 2022, 17:26
DÖYÜŞ NÖVLƏRİ
Sabah Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start veriləcək. Matc.az xəbər verir ki, iyunun 25-nə qədər davam edəcək fərdi yarışlarda Azərbaycanı 4 qız və 10 oğlan cüdoçu təmsil edəcək.
İyunun 26-da isə +70 kq çəki dərəcəsində yarışan idmançımız Nigar Süleymanova komanda yarışında mübarizəyə qoşulacaq.
Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Rüstəm Alimli, məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət komandaya isə məşqçi Elnur İsmayılov rəhbərlik edəcək.
ACF-in A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.
Oğlanlar
-50 kq
Məhəmməd Məmişov
Xalid Məmmədov
-55 kq
Şahin Oruczadə
-60 kq
Nizami İmranov
-66 kq
Nicat Nağıyev
Əbil Yusubov
-73 kq
Əli Hacızadə
Süleyman Əliyev
-81 kq
Camal Bağışov
+90 kq
Ramazan Əhmədov
Qızlar
-44 kq
Xumar Qasımova
-48 kq
Aydan Vəliyeva
-52 kq
Vüsalə Hacızadə
-57 kq
Fidan Əlizadə
+70 kq
Nigar Süleymanova