24 İyun 2022, 23:05
DİGƏR
İyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, qitə birinciliyində mübarizəyə yunan-Roma güləşçiləri başlayacaq.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq), Laçın Vəliyev (87 kq) və Heybulla Qıstarov (130 kq) ölkəmizi məsul yarışda təmsil edəcək.
Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri Olimpiya Güləş Mərkəzində komandayla görüşüb. Federasiyanın baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov milli üzvlərinə Avropa çempionatında uğurlar arzulayıb.
Aç-nin proqramına əsasən, iyunun 26-da güləşin klassik növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti 3 gündə isə bu növdə mübarizə baş tutacaq. Qitə birinciliyində 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.