25 İyun 2022, 23:53
DİGƏR
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 7-ci turda qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gəlib. Matç 56-cı gedişdə rəqibin qələbəsi ilə yekunlaşıb. Bu, Rəcəbovun turnirdə ikinci məğlubiyyəti olub. O, 2-ci turda ABŞ-ın digər təmsilçisi Hikaru Nakamuraya da uduzmuşdu.
Azərbaycanlı şahmatçı hazırda 2,5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 5,5 xala sahib Yan Nepomnyaşidir.
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
7-ci tur
25 iyun
Fabiano Karuana (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 1:0
Rixard Rapport (Macarıstan) - Yan Nepomnyaşi (FİDE) 0:1
Dinq Liren (çin) - Alireza Firuzca (Fransa) 0,5:0,5
Yan-Kşiştof Duda (Polşa) - Hikaru Nakamura (ABŞ) 0,5;0,5
Xal durumu: Nepomnyaşi - 5,5, Karuana - 5, Nakamura - 3,5, Rapport, Liren, Duda - 3, Rəcəbov, Firuzca - 2,5