Albaniyanın paytaxtı Tiranada Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Hesabat-Seçki Konfransı keçirilib. Matc.az xəbər verir ki, mərasimdə Azərbaycan Ağır Atletika Federasiyasının baş katib Rizvan Rəsulov və onun köməkçisi Kamal Axundovdan ibarət nümayəndə heyəti də iştirak edib.
 
Konfransda IWF-in prezident postuna seçkilər keçirilib. Səsvermə nəticəsində iraqlı Məhəmməd Calud qurumun prezidenti seçilib. Bununla yanaşı, federasiyanın vitse-prezidentləri, İdarə Heyətinin üzvləri və digər postlar üçün seçkilər keçirilib, yeni vəzifə sahibləri müəyyən edilib.
 
Azərbaycanın nümayəndə heyəti Konfransda iştirakla yanaşı, bir sıra  işgüzar görüşlər keçirib, müzakirələr aparıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest