Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 10-cu turda qara fiqurlarla FİDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib.
 
Rəcəbov turnir cədvəlinin lideri ilə matçın 37-ci gedişində "sülh bağlayıb".
 
Beləliklə, xalını 4,5-ə çatdıran Teymur hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Nepomnyaşi isə 7 xalla liderliyini davam etdirir.
 
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest