"Neftçi"nin Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi rəqiblərdən biri bəlli olub. Matc.az xəbər verir ki, "ağ-qaralar" ötən mövsüm I Liqaya vəsiqə qazanan "Sakaryaspor" klubu ilə qarşılaşacaq.
 
İyulun 6-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
 
Qeyd edək kİ. iyulun 1-də Boluya yollanacaq "Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest