Futbol üzrə Uels millisinin sabiq müdafiəçisi Neyl Teylor Azərbaycandan təklif alıb. Matc.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
 
33 yaşlı sol cinah müdafiəçisinin xidmətində Türkiyə və Hindistan klubları da maraqlıdır. ötən mövsümün sonunda İngiltərənin "Midlsbro" komandasından ayrılan təcrübəli oyunçu hazırda azad agentdir.
 
Neyl Teylor "Mançester Siti" və "Reksem" klublarının yetirməsidir. O, peşəkar karyerasına da "Reksem"də başlayıb. Futbolçu daha sonra "Suonsi Siti" və "Aston Villa"nın uğurları üçün çalışıb. Uels yığmasında 43 oyun keçirmiş müdafiəçi, 1 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest