Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün son görüşünü keçirib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün son görüşünü keçirib. Matc.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 14-cü turda qara fiqurlarla Macarıstan şahmatçısı Rixard Rapport ilə üz-üzə gəlib. 
 
Rəcəbov ilk dövrədə heç-heçə etdiyi rəqibini bu dəfə matçın 33-cü gedişində məğlub etməyi bacarıb.
 
Beləliklə, xalını 7,5-ə çatdıran Teymur hələlik turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
 
Son turun nəticələrindən asılı olmayaraq yarışın qalibi adını FİDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi qazanıb. 32 yaşlı qrossmeyster 13 turda 9 xal toplayıb və ən yaxın izləyicisini 1,5 xal qabaqlayıb. O, bununla, ardıcıl ikinci dəfə norveçli Maqnus Karlsenlə dünya şahmat tacı uğrunda görüşə vəsiqə əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest