Yeni mövsümə hazırlaşan "Qəbələ" Türkiyə toplanışına start verib. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Bolu şəhərində təşkil olunan təlim-məşq prosesinin ilk gününü başa vurub. 
 
Elmar Baxşıyevin yetirmələri ötən günü iki məşqlə yekunlaşdırıblar. Futbolçular müxtəlif fiziki təmrinləri icra edib, həmçinin toplu və topsuz çalışmaları yerinə yetiriblər. 
 
Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışı iyulun 19-dək davam edəcək.
 
Yeri gəlmişkən, "Qəbələ"nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir. Diz qığırdağından əməliyyat olunan Yaovi Akakpo həkim nəzarətində müalicə olunur. ürfan Abbasovla Gülağa Əsədov isə proqram üzrə bərpa prosesi keçir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest