Yeni mövsümə hazırlığı davam etdirən "Səbail" Bakıda iki yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Dənizçilər" Gürcüstandakı təlim-məşq toplanışından öncə "Kəpəz" və "Sabah"la qarşılaşacaq.
 
"Səbail" "Kəpəz"lə iyulun 10-da Bakı Olimpiya Stadionunda, "Sabah"la isə iyulun 14-də "Bank Respublika Arena"da üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest