10 İyul 2022, 17:08
DİGƏR
Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev "Əziz Şuşa" beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb. Matc.az xəbər verir ki, mənzilin açarı mükafatlandırma mərasimində təqdim olunub.
Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər.
Əvvəlcə fərdi, daha sonra komanda yarışının qalibləri mükafatlandırılıb.
Monqolustan yığması üçüncü, "Daşkənd Siti" ikinci, "Sakarya" komandası birinci yerin sahibi kimi də mükafatlarını alıblar.