13 İyul 2022, 14:23
DİGƏR
Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında çıxış edəcək kişilərdən ibarət Azərbaycan yığması iyulun 22-də Gürcüstana yollanacaq. Matc.az xəbər verir ki, iyulun 29-dək davam edəcək hazırlıq zamanı yerli komandalarla bir neçə yoxlama oyunu nəzərdə tutulub.
Hazırda isə yığma "Sərhədçi" Olimpiya İdman Mərkəzi və "ABU Arena"da gündə iki dəfə olmaqla, hazırlıq keçir. Heyətə 16 həndbolçu cəlb olunub.
Hər gün davam etdirilən hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
Artıq İslamiadadakı rəqiblər də məlumdur. Püşkatmanın nəticəsinə görə, B qrupunda yer alan Azərbaycan millisi Türkiyə və İranla üz-üzə gələcək.
5-ci İslam Həmrəyliyi Oyunları 9-18 avqustda keçiriləcək.