Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. Türkiyəli mütəxəssis Barış Şimşek 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunsun.
 
2. Samir Əliyev 1 seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunsun.
 
3. "Sabah" FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılsın.
 
4. Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilsin. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunsun.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest