21 İyul 2022, 01:22
DİGƏR
Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Matc.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan Azərbaycan milli komandasının lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib.
Bu raundda kanadalı Medison Zurqudu 15:8 hesabı ilə məğlub edən Avropa çempionu 1/8 finalda İtaliya sablyaçısı Martina Kriskioyanı mübarizədən kənarlaşdırıb - 15:6
Dünya reytinqinin 1 nömrəsi 1/4 finalda yunan Teodora Qkountaranı 15:11 hesabı ilə məğlub edib. Yarımfinalda Baştanın rəqibi digər yunan sablyaçısı Despina Georgiadou olub. Rəqibi üzərində 15:9 hesablı qələbə qazanan idmançı həlledici görüşdə Yaponiya təmsilçisi Emura Misaki ilə qarşılaşıb.
Finalda 10:15 hesabı ilə uduzan sablyaçı ikinci yerlə kifayətlənib.