Stolüstü tennisçilər Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirirlər. Matc.az xəbər verir ki, seçmə komanda bu məqsədlə Qax Olimpiya İdman Kompleksində bir araya gəlib.
 
Bu gün başlanan növbəti təlim-məşq toplanışında baş məşqçi Mixail Timofeyev və böyük məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında 10 idmançı iştirak edir. Söhbət Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, İbrahim Ansari, Əliverdi Şahgəldiyev, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətovadan gedir. İdmançılar iyulun 31-nədək davam edəcək toplanışda fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar. 
 
Qeyd edək ki, stolüstü tennisçilərin İslam Həmrəyliyi Oyunlarında mübarizəsinə avqustun 7-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest