25 İyul 2022, 21:14
DİGƏR
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş "Grand Chess Tour" turnirinin mərhələ yarışından sonra ümumi sıralamada neçənci yeri tutduğu bəlli olub. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster rapid turnirində 8 xalla 7-ci, blits turnirində isə 7 xalla 8-ci olub.
ümumi turnirin gedişatına əsasən onun xalı 3,5 olub. Rumıniyada keçirilmiş turnirdə də 1,5 xal toplanış Məmmədyarov bununla da ümumi xal ehtiyatını 5-ə yüksəldib. Bu nəticə ilə o, Yorden fan Foreestlə (Niderland) birgə 13-cü sıradadır.
Növbəti mərhələ yarışı 24-31 avqust tarixlərində ABŞ-ın Seynt Luis şəhərində keçiriləcək. Həmin turnirdə də rapid və blits oynanılacaq.
Qeyd edək ki, mayda Rumıniyada (klassik) və Polşada (rapid və blits) keçirilmiş mərhələ yarışlarının qalibi müvafiq olaraq Maksim Vaşye-Laqrav (Fransa) və Yan Kjıştof Duda (Polşa) olub. Zaqrabdəki mərhələ yarışının qalibi isə rapid və blitsdəki nəticələrin ümumi göstəricisinə əsasən dünya çempionu Maqnus Karlsendir (Norveç).