İraq Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarından çəkilib. Matc.az xəbər verir ki, bu barədə İraq Milli Olimpiya Komitəsi açıqlama yayıb.
 
Açıqlamada İraqın Kürdüstan Regionundakı Zaxo şəhərinə edilən hücum zamanı mülki şəxslərin ölməsi və bu qərarın həmin silahlı hücuma protest olaraq qəbul edildiyi bildirilib.
 
20 iyulda baş tutan silahlı hücumda aralarında uşaqlar da olmaqla azı 9 nəfər həyatını itirib, 23 nəfər yaralanıb. Türkiyə tərəfi bu hücumun məsuliyyətinin PKK terror qrupuna aid olduğunu bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest