26 İyul 2022, 14:01
DİGƏR
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Grand Chess Tour"un üçüncü mərhələsində qazancı məlum olub. Matc.az xəbər verir ki, rapid və blits üzrə təşkil olunan turniri 10 iştirakçı arasında 7-ci yerdə tamamlayan millimizin üzvü 9500 dollar qazanıb.
Yarışın qalibi olan norveçli dünya çempionu Maqnus Karlsen isə 40 min dollara sahib çıxıb.
Mərhələnin ümumi mükafat fondu 175 min dollar idi.