5-ci İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı Gənclər və İdman Nazirliyində iclas keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanı təmsil edəcək idman növləri üzrə federasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan toplantıda nazir Fərid Qayıbov yarışlara az vaxt qaldığını xatırladaraq, ölkənin geniş nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.
 
O, qeyd edib ki, dövlət idmançıların İslamiadada iştirakı üçün bütün vacib məsələləri həll edib. Nazirin sözlərinə görə, görüşün əsas məqsədi qarşıya çıxa biləcək sualları birlikdə müzakirə etməkdir.
 
Nazir müavini Mariana Vasileva və nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov təşkilati məsələlər, eləcə də, növlər üzrə komandaların gediş-gəliş, yerləşmə və yarışlarda iştirak məsələləri barədə məlumat veriblər. Azərbaycan Oyunlarda ən böyük nümayəndə heyəti ilə təmsil olunan ölkə olacaq.
 
İclasda nümayəndə heyətinin vahid geyimi, tibbi təminatı, yerləşmə, nəqliyyat, qidalanma və digər mühüm məsələlər barədə məlumat verilib, federasiya nümayəndələrinin sualları cavablandırılıb. Həmçinin İslam Həmrəyliyi Oyunlarının mediada işıqlandırılması məsələləri də müzakirə edilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest