01 Avqust 2022, 12:57
DİGƏR
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycanın bir təmsilçisi ilk 10-luğa düşüb.
İki pillə irəliləyən Şəhriyar Məmmədyarov 2758 xalla 10-cu yerə yüksəlib.
Teymur Rəcəbov da irəliləyişə nail olub. Hesabında 2747 xal olan Rəcəbov 3 pillə irəliləyib. O, hazırda 15-ci yerdə qərarlaşıb.