01 Avqust 2022, 19:50
DİGƏR
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir. Matc.az xəbər verir ki, bu gün 4-cü turun görüşləri keçirilib.
Hindistanın çennay şəhərində keçirilən ümumdünya Şahmat Olimpiadası davam edir. Matc.az xəbər verir ki, bu gün 4-cü turun görüşləri keçirilib.
Azərbaycanın kişilərdən ibarət yığması Türkiyə, qadın millisi isə İsraillə qarşılaşıb.
Türkiyə seçməsi ilə qarşılaşma heç-heçə bitib. Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqibləri ilə heç-heçə ediblər. Millinin heyətində yeganə qələbəni Vasif Durarbəyli qazanıb. Qədir Hüseynov isə görüşdən məğlub ayrılıb. Komandamız ilk turda Əlcəzairi 4:0, 2-ci turda Filippini 3:1, 3-cü turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələmişdi.
Qadınlardan ibarət yığma isə İsrail seçməsinə qalib gəlib. Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar. Komandamız ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, 3-cü turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələmişdi.
ümumdünya Şahmat Olimpiadası
4-cü tur
1 avqust
Türkiyə – Azərbaycan 2:2
Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov - 0,5:0,5
Əmrə Can – Rauf Məmmədov - 0,5:0,5
Vahap Sanal – Qədir Hüseynov – 1:0
Cəmil Can Ali Marandi – Vasif Durarbəyli - 0:1
İsrail – Azərbaycan - 1:3
Marsel Yefroimski – Günay Məmmədzadə - 0,5:0,5
Dina Belenkaya – Xanım Balacayeva - 0:1
Maşa Klinova – Gövhər Beydullayeva - 0,5:0,5
Mixal Lahav – ülviyyə Fətəliyeva - 0:1
ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.