“Bir tərəfdən, stadionda görünəcək və hiss ediləcək dərəcədə tüstü var idi. Məncə, bu, ətrafda çox gördüyümüz manqallardan başqa heç bir yerdən çıxa bilməzdi”. Matc.az xəbər verir ki, bunu Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Endre Botka UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri səfər oyunu (1:1) barədə yerli mətbuata açıqlamasında deyib.
 
27 yaşlı sağ cinah müdafiəçisi bildirib ki, tüstü onsuz da pis olan havanı daha da ağırlaşdırıb: "Çox çətin şəraitdə oynadıq. Qəribədir, əvvəllər belə şey yaşamamışdım. İstilik o qədər də güclü deyildi, amma nədənsə, meydanda oksigen yox idi. Havasız idi. Komanda yoldaşlarım və mən bunu isinmə hərəkətlərinə getdikdən cəmi iki dəqiqə sonra suyun bizdən sel kimi axmasından sonra hiss etdik. Bunu bəhanə etmirəm, rəqib də bizimlə eyni şəraitdə oynadı. Sadəcə, onlar rütubətli havaya daha çox öyrəşiblər".
 
Xatırladaq ki, "Ferentsvaroş" və "Qarabağ" arasındakı cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest