Hindistanın çennay şəhərində təşkil olunan ümumdünya Şahmat Olimpiadası davam edir. Matc.az xəbər verir ki, bu turnirdə mübarizə aparan Azərbaycan komandaları da bu gün növbəti görüşlərini keçiriblər.
 
Kişilərdən ibarət milli komanda 9-cu tur çərçivəsində Hindistanın 2-ci yığması ilə qarşılaşıb. Komandamız bu oyundan heç-heçə ilə ayrılıb. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz oyunlarını heç-heçə ilə başa vurub. Nicat Abbasov rəqibinə qalib gəlsə də, Vasif Durarbəylinin məğlubiyyəti komandanın qələbə qazanmasına mane olub.
 
Qadınlardan ibarət milli komanda isə bu turda Monqolustanla görüşüb və qələbə qazanıb. Günay Məmmədzadə və Xanım Balacayevanın qalib gəldiyi görüşdə Gövhər Beydullayeva heç-heçə edib, Gülnar Məmmədova isə uduzub.
 
ümumdünya Şahmat Olimpiadası
9-cu tur
7 avqust
 
Kişilər
 
Hindistan-2 - Azərbaycan - 2:2
Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Nixal Sarin - Rauf Məmmədov - 0,5:0,5
Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli - 1:0
Raunak Sadvani - Nicat Abbasov - 0:1
 
Qadınlar
 
Azərbaycan – Monqolustan 2,5:1,5
Günay Məmmədzadə - Enhtul Altan-Ulzi - 1:0
Xanım Balacayeva - Bayarjarqal Bayarmaa - 1:0
Gövhər Beydullayeva - Turmunk Munheul - 0:5:0,5
Gülnar Məmmədova - Bat-Erdene Munquneul - 0:1
 
ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest