Hindistanın çennay şəhərində təşkil olunan ümumdünya Şahmat Olimpiadası davam edir. Matc.az xəbər verir ki, bu gün 10-cu turun görüşləri keçiriləcək.
 
Azərbaycanın milli komandaları da növbəti görüşlərinə çıxacaqlar. Həm kişilərdən, həm də qadınlardan ibarət millimiz Ermənistanla qarşılaşacaq.
 
Azərbaycanın kişilərdən ibarət millisi 14 xalla 7-ci, Ermənistan 15 xalla 3-cüdür. Qadınlardan ibarət yığma isə 14 xalla 9-cu, Ermənistanın müvafiq komandası isə 14 xalla 6-cıdır.
 
ümumdünya Şahmat Olimpiadası
10-cu tur
8 avqust
 
Kişilər
 
Azərbaycan – Ermənistan
Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan
Qədir Hüseynov – Hrant Melkumyan
Vasif Durarbəyli – Manuel Petrosyan
Nicat Abbasov – Robert Hovanisyan
 
Qadınlar
 
Ermənistan – Azərbaycan
Elina Danielyan – Günay Məmmədzadə
Lilit Mkrtçyan – Xanım Balacayeva
Anna Sarqsyan – Gövhər Beydullayeva
Susanna Qaboyan – Gülnar Məmmədova

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest