09 Avqust 2022, 10:24
DİGƏR
Hindistanın çennay şəhərində keçirilən ümumdünya Şahmat Olimpiadası başa çatmaq üzrədir. Matc.az xəbər verir ki, Azərbaycan yığmaları bu gün sonuncu görüşlərini keçirəcəklər.
Kişilərdən ibarət yığma 11-ci turda Serbiya ilə, qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gələcək.
Kişilərdən ibarət yığma hazırda 14 xalla 16-cıdır və ən yaxşı halda bürünc medal qazana bilər.
Qadınlar isə 16 xalla 3-cü pillədə qərarlaşıb. Azərbaycanın qadınlar yığması tarixdə ilk dəfə Olimpiadanın qalibi olmağa yaxındır.
ümumdünya Şahmat Olimpiadası
11-ci tur
9 avqust
Azərbaycan – Serbiya
Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç
Rauf Məmmədov – Velimir İviç
Qədir Hüseynov – Robert Markus
Vasif Durarbəyli – İvan İvanişeviç
Azərbaycan – Gürcüstan
Günay Məmmədzadə – Nana Caqnidze
Xanım Balacayeva – Nino Batsiaşvili
Gövhər Beydullayeva – Lela Cavaxişvili
ülviyyə Fətəliyeva – Meri Arabidze