Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb. Matc.az xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.
 
Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.
 
Qeyd edək ki, İvan Tixonov ötən gün çoxnövçülükdə gümüş medal əldə edib. Bugünkü nəticələrdən sonra Oyunlarda Azərbaycan gimnastlarının qazandıqları medalların sayı 3-ə çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest