13 Avqust 2022, 16:00
DİGƏR
Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Matc.az xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Komandamızdan növbəti olaraq körpücük üzərinə Ravin Alməmmədov çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində 126 kq nəticə ilə bu hərəkətdə gümüş medala sahib çıxıb. Atletimiz təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, bu hərəkətdə 158 kq-ı ram edərək gümüş medal ədə edib.
Toplam 284 kq (126+158) nəticə göstərən Ravin Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb. Bu nəticə – 284 kq – həm də bu çəki dərəcəsində yeniyetmələr arasında yeni Avropa rekordudur!
Əlavə edək ki, medalların təqdimat mərasimində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanova və "Göyəzən" Agır Atletika Klubun rəhbəri Azər Əlizadə də iştirak ediblər.