Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Matc.az xəbər verir ki, yığmamız yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib.
 
Azərbaycan millisinin həlledici qarşılaşmadakı rəqibi Türkiyəni 45:31 hesabı ilə məğlub edən özbəkistan olub. Bu rəqibinə də 45:34 hesabı ilə qalib gələn Azərbaycan sablyaçıları İslamiadanın qalibi olublar.
 
Azərbaycan şpaqaçısı Ruslan Həsənov isə finala qədər irəliləsə də, həlledici dueldə qırğızıstanlı Roman Petrova 12:15 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest