Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb. Matc.az xəbər verir ki, üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.
 
O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.
 
Bu, Azərbaycanın İslamiadada qazandığı 22-ci qızıl medaldır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest