Milli komandamızın üzvü Emil Balayevin şərəfini qoruduğu Qazaxıstanın "Tobol" klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoxalama oyununu keçirib. Matc.az saytnın məlumatına görə, qarşılaşma Kustanay təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna start heyətində başlayan Emil 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Tobol" bundan öncəki hazırlıq matçında Ukrayna "Olimpik"inə 0:4 hesabı ilə darmadağın olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest