çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Lion"la səfər matçı "Barselona"nın iki futbolçusu üçün yubileylə əlamətdardır. Matc.az saytını məlumatına görə, kataloniyalıların liderləri – Lionel Messi qitənin ən nüfuzlu klub turnirində 130, Jerard Pike isə 100-cü qarşılaşmasına çıxır.

Messi bu göstərici ilə "divlər liqası"nda ən çox oyuna çıxan futbolçuların sıralamasında "ilk 10-luğ"a düşüb. O, Pol Skoulz ilə birlikdə 9-cu pilləni bölüşür.

Pike isə "100-lər klubu"na "Barselona" forması ilə daxil olsa da, aktivindəki oyunların 4-də "Mançester Yunayted"in şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest