Avropa Liqasında bu gün pley-off mərhələsinə start verilib. Matc.az xəbər verir ki, 10 oyunun hamısı eyni gündə baş tutub.
Türkiyənin turnirdəki təmsilçilərindən "Sivasspor" İsveçdə "Malmö"nün, "Fənərbaxça" isə Avstriyada "Austriya" (Vyana) komandasının qonağı olub. Sivas klubunun 1:3 hesabıyla uduzduğu gündə İstanbul təmsilçisi səfərdən inamlı qələbə ilə qayıdıb.
"Qarabağ"ın UEFA çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı "Sürix" İsveçrədə "Harts"ı, "Ferentsvaroş" isə Macarıstanda İrlandiyanın "Şemrok Rovers" klubunu qəbul edib. Həm Macarıstan, həm də İsveçrə təmsilçisi ilk oyundan qalib ayrılıb.
Cavab qarşılaşmaları avqustun 25-də keçiriləcək.
Avropa Liqası
Pley-offun ilk oyunları
18 avqust
HJK (Finlandiya) – Silkeborq (Danimarka) 1:0
Ferentsvaroş – Şemrok Rovers (İrlandiya) 4:0
Sürix (İsveçrə) – Harts (Şotlandiya) 2:1
Malmö (İsveç) – Sivasspor (Türkiyə) 3:1
Apollon (Kipr) – Olimpiakos (Yunanıstan) 1:1
Pünik (Ermənistan) – Şerif (Moldova) 0:0
Ludoqorets (Bolqarıstan) – Jalgiris (Litva) 1:0
Dnepr-1 (Ukrayna) – AEK (Larnaka, Kipr) 1:2
Gent (Belçika) – Omoniya (Kipr) 0:2
Austriya (Vyana, Avstriya) – Fənərbaxça (Türkiyə) 0:2