22 Avqust 2022, 23:58
DİGƏR
çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün üçüncü turun görüşləri keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən dördü qarşılaşmasını qələbə ilə başa vurub.
Günay Məmmədzadə İnna Qaponenkonu (Ukrayna), Gülnar Məmmədova Yovana Eriki (Serbiya) yenib. Xanım Balacayeva ukraynalı Maritsa Tsirulnikdən, Səbinə İbrahimova almaniyalı Luiza Başilinadan üstün olub.
ülviyyə Fətəliyeva Alisya Sliviçka (Polşa) ilə, Ləman Hacıyeva Sidonia Lazarne (Macarıstan) ilə, Gövhər Beydullayeva Natali Kanakova (çexiya) ilə "sülh bağlayıb".
üç turdan sonra Məmmədzadə maksimum göstərici ilə ilk "dördlük"də yer alıb. Fətəliyeva və Məmmədova hərəyə 2,5, Hacıyeva 2, Beydullayeva, İbrahimova və Balacayeva 1,5 xal hasil ediblər.
Avropa çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq.