"çelsi"nin baş məşqçi postuna daha bir namizədin adı müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar"ı Loran Blan çalışdıra bilər.

Ardıcıl uğursuz çıxışların ardından londonlular hazırkı çalışdırıcı Mauritsio Sarrini qovmağı planlaşdırır. "çelsi"nin direktoru Marin Qranovski artıq Blanla görüşərək bu məsələni müzakirə edib. Fransalı mütəxəssis London klubunu çalışdırmağın əleyhinə deyil. Ancaq o, mövsümün sonunda heyətin gücləndirilməsini tələb edib.

Qeyd edək ki, "çelsi"nin baş məşqçisi postuna digər namizəd Zinəddin Zidandı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest