PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu komandada qalmağı üstün tutub.

Bir neçə klubun maraq dairəsində olan İtaliya millisinin üzvü ilə yeni müqavilə məsələsində ilkin razılıq əldə edilib. Verratti tezliklə parislilərlə anlaşmasının müddətini uzadacaq. 27 yaşlı oyunçunun məvacibi də artırılacaq.

Qeyd edək ki, Marko Verrattinin PSJ ilə hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest