"Liverpul"un futbolçusu Sadio Manenin evi yenidən qarət olunub. Matc.az saytının məlumatına görə, hadisə çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Liverpul" – "Bavariya" oyunu zamanı baş verib.

Evə girən cinayətkarlar Manenin yaşadığı mənzildən saatlar, telefonlar və maşın açarları oğurlayıblar. Yerli polis hadisə ilə əlaqədar cinayət işi açıb.

Maraqlıdır ki, bu, Manenin başına gələn ikinci belə haldır. Belə ki, 2017-ci ilin noyabr ayında yenə bir çL matçında, "Maribor"la oyun zamanı seneqallı futbolçunun evindən oğurluq edilmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest