Qadın şahmatçılar arasında çexiyada davam edən şəxsi Avropa çempionatında Günay Məmmədzadə (İM, 2466) liderliyə yüksəlib. Matc.az xəbər verir ki, Günay 11 turdan ibarət olan çempionatın 7-ci turunda gürcüstanlı Canidze Nananı (GM, 2531) məğlub edərək xallarının sayını 6-ya çatdırıb.
 
Bu gün Günay Məmmədzadənin rəqibi eyni xala malik olan polşalı Monika Soçko olacaq.
 
Təmsilçilərimizdən 5 xal olan Gülnar Məmmədova və Ulviyyə Fətəliyeva müvafiq olaraq 5 və 8-ci pillələrdə qərarlaşıblar. Hər iki şahmatçı çempionluq şanslarını saxlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest