Çempionlar Liqasının 1/8 final mərhələsində bu həftə keçirilən 4 matçın ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. UEFA 4 oyunçunun adını namizəd göstərib.

çempionlar Liqasının 1/8 final mərhələsində bu həftə keçirilən 4 matçın ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. Matc.az saytının məlumatına görə, UEFA 4 oyunçunun adını namizəd göstərib.

Belə ki, azarkeşlər "Bavariya"nın yarımmüdafiəçisi Tiaqo Alkantara, "Lion"un müdafiəçisi Ceyson Denayer, "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq və "Atletiko"nun müdafiəçisi Dieqo Qodin arasında seçim edəcəklər.

Qeyd edək ki, Tiaqo ilə Denayerin komandası qolsuz bərabərliyə nail olubsa, Sterlinq və Qodin qələbəyə qolla töhfə veriblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest