çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Yuventus"u qəbul edən "Atletiko" 2:0 hesablı qələbəyə sevinib. Matc.az saytının məlumatına görə, Madrid təmsilçisi bununla evdə ardıcıl növbəti qalibiyyətini əldə edib.

Belə ki, Dieqo Simeonenin yetirələri doğma arenada keçirdiyi ardıcıl 9-cu görüşdən də qələbə ilə ayrılmağı bacarıb. üstəlik, komanda bu oyunlarda ümumilikdə 1 qol buraxıb. Bundan əlavə, ispanlar çL-in pley-off mərhələlərində ardıcıl 13-cü ev oyununda da rəqibə boyun əyməyib.

Qeyd edək ki, "Yuventus"la "Atletiko" arasında cavab görüşü martın 12-də "Yuventus Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest