31 Avqust 2022, 12:37
DİGƏR
Bu gün Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib. Matc.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə iştirakçıları salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.
Bu gün Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib. Matc.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə iştirakçıları salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.
Federasiya prezidenti Oqtay Əsədov çıxış edərək təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib.
Sonra, Azərbaycan Tennis Federasiyasının hesabatı dinlənilib, yeni seçki keçirilib. Oqtay Əsədov yenidən 4 il müddətə federasiyanın prezidenti seçilib.
Yığıncaqda həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdən sonra Oqtay Əsədov jurnalistlər üçün mətbuat konfransı keçirib. O, tennisdə idmançı və məşqçi yetişdirməyin çətinliklərindən danışıb:
"Milli komandaya legioner cəlb etmək istəmirik. Həmin vəsaiti yerli idmançılara xərcləyəcəyik. Bir legioner var idi və gəlmək istəyirdi. Amma maddi tələbi çox yüksək idi. Ona da gücümüz çatmazdı. Tennisdə idmançı və məşqçi yetişdirmək çox çətindir. Bu il 3 idmançımız beynəlxalq yarışlarda birinci yeri tutub. Parlament sədri kimi də tennisə maraq göstərirdim. Həmin vaxt 6 il dalbadal WTA (Qadın Tennisçilər Assosiasiyası) turniri keçirirdik. çalışacağıq ki, bundan sonra daha çox olsun. Regionlarda da tennisi canlandırmaq üçün gənclər yetişdirmək istəyirik. Nazirlik bu yöndə təklif verib, biz də razılaşmışıq. Pandemiyayadək bizdə 220 uşaq var idi. İndi isə 90 uşaq qalıb. Uşaqlar inkişaf etdikdən sonra milli komanda üzvləri və gənclər də beynəlxalq turnirlərə göndərilir".