31 Avqust 2022, 21:00
DİGƏR
Azərbaycan şahmatçıları Günay Məmmədzadə və ülviyyə Fətəliyeva çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında medal qazanıblar. Matc.az xəbər verir ki, Günay Məmmədzadə İsveçrə sistemi üzrə keçirilən yarışın sonuncu - 11-ci turunda Aleksandra Maltsevskaya (Polşa) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 22 yaşlı şahmatçımız matçın 43-cü gedişində rəqibi ilə heç-heçəyə razılaşıb.
ülviyyə Fətəliyeva isə son turda "ağlar"la millimizin digər üzvü Gülnar Məmmədovanı məğlub edib. Beləliklə, hər iki şahmatçı xalını 8-ə çatdırıb. Ələvə göstəricilərə görə Günay ikinci, ülviyyə üçüncü yeri tutub.
ümumilikdə 123 iti zəka sahibinin qatıldığı yarışın qalibi 8,5 xalla polşalı Monika Soçko olub.
Qadın şahmatçıların fərdi Avropa çempionatında bunadək heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasına düşə bilməmişdi.