Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Matc.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 605 xalla siyahıya başçılıq edir.
 
Bədii gimnast Zöhrə Ağamirova 535 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 380 xalla üçüncü pillədə qərarlaşıb.
 
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest