"Barselona"nın "Ayaks"dan transfer etdiyi Frenki de Yonq Kataloniya klubuna keçidini dəyərləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc yarımmüdafiəçi yeni komandasında uğurlar qazanmaq niyyətindədi.

21 yaşlı oyunçu "Barsa"nı hazırkı komandası "Ayaks"a bənzədib: "Barselona" və "Ayaks" topla oynamağı xoşlayır. Bənzər üslubda oynayan komandalardı. "Barselona" xəyallarımın komandasıdı. Yohan Kroyff sayəsində Hollandiya yığması və "Barselona"nın ortaq cəhətləri var. ümid edirəm ki, hər iki komandaya xeyir verəcəm".

Qeyd edək ki, Frenki de Yonq "Barselona"ya mövsümün sonunda qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest