Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki "Grand Chess Tour"un sonuncu mərhələsi olan "Sinkfild Kuboku"nda ilk qələbəsini qazanıb. Matc.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi.
 
Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.
 
Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.
 
Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest