07 Sentyabr 2022, 09:11
DİGƏR
Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb. Matc.az xəbər verir ki, 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib.
Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycanın 28 yaşlı təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə üzləşib. Bu qələbə onun rəqibi üçün MMA-da 17-ci (üç məğlubiyyət - red) olub.