İngiltərə "Brayton"unun baş məşqçisi Qrem Potter "çelsi"yə rəhbərlik etməyə şifahi razılıq verib. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, "zadəganlar"ın rəhbərliyi ingiltərəli mütəxəssislə görüş keçirib. Görüşdən sonra tərəflər razılıq əlaməti kimi bir-birilərinin əllərini sıxıblar.
 
Hazırda Potterin yeni vəzifədə sentyabrın 10-da "Fulhem"lə matçadək işə başlaması üçün rəsmi sənədlərin hazırlanma prosesi gedir. London klubunun sahibləri bütün formallıqları sutka ərzində sona çatdırmaq istəyirlər.
 
"çelsi" sentyabrın 6-da Tomas Tuxeli baş məşqçi postundan istefaya göndərib. İngiltərə Premyer Liqasında 6 turdan sonra London komandası 10 xalla 6-cı yeri tutur. çempionlar Liqasının ilk turunda "zadəganlar" Xorvatiyada Zaqreb "Dinamo"suna uduzub – 0:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest