17 Sentyabr 2022, 11:03
DİGƏR
Sent-Luisdə (ABŞ) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi "Champions Showdown-2022" turniri başa çatıb. Matc.az xəbər verir ki, turnirdə həmçinin Uesli So, Leynier Dominqes, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı - ABŞ), Əlireza Firuzca (Fransa), Petr Svidler, Yan Nepomnyaşi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da iştirak ediblər.
Bu gün son üç tur baş tutub və nəticəyə görə Şəhriyar 6 xal toplayaraq üçüncü yeri tutub.
Turnir cədvəli: Firuzca, Karuana - hərəyə 6,5 xal, Məmmədyarov, Nepomnyaşi - hərəyə 6, Co - 4,5, Aronyan, Nakamura - hərəyə 4, Dominqes, Svidler - hərəyə 3,5, Kasparov - 0,5 xal.
Müsabiqənin mükafat fondu 150 min ABŞ dollarıdır. Qalib 37 500 dollar qazanacaq, Şəhriyar Məmmədyarov 17 500 ABŞ dolları qazanıb.