Rumıniyanın Mamaya şəhərində 14, 16 və 18 yaşlılar arasında şahmat üzrə dünya birinciliyi keçirilib. Matc.az xəbər verir ki, Ayan Allahverdiyeva 18 yaşlı qızların yarışında gümüş medal qazanıb.
 
Nərmin Abdinova, Şiroğlan Talıbov və Xəzər Babazadə müxtəlif kateqoriyalarda ilk onluqda qərarlaşıb.
 
Xatırladaq ki, Azərbaycan şahmatçıları sonuncu dəfə 18 yaşlıların dünya çempionatında 2013-cü ildə medala layiq görülmüşdü. Həmin il Səbinə İbrahimova üçüncü yeri tutmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest