19 Sentyabr 2022, 00:24
DİGƏR
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb. Matc.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv 3 lent və 2 topıla hərəktlərdə 30.750 xal qazanıb.
Qrup komandası bu nəticə ilə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Baş mükafata 33.300 balla Bolqarıstan komandası sahib çıxıb. İtaliya (31.450) isə ikinci olub.
Bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk belə uğurdur.